Azərbaycan idmançıları Avropa çempionatının finalına yüksəldilər
2 iyun 2013 01:38
Xəbər verdiyimiz kimi, mayın 31-dən iyunun 2-ə kimi Vyanada bədii gimnastika üzrə 29-cu Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, iyunun 1-də komandaların mübarizəsində 5 halqa ilə çıxış edən azərbaycanlı qızlar öz kompozisiyalarını inamla yerinə yetirərək, hər iki günün nəticələrinə görə 4-cü yeri tutublar.
Qeyd edək ki, yarışa qatılan 24 komanda arasında yalnız ilk 8 komanda iyunun 2-də keçiriləcək final mərhələsinə yüksəlmək şansı əldə edib. Yüksək peşəkarlıq nümayiş etdirən yeniyetmələrimizin medallar əldə etmək imkanı var.