Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəbini açıqladı
26 iyun 2013 12:27

Azərbaycanın tanınmış gimnastı Aliyə Qarayeva böyük idmanla vidalaşmasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Qarayeva bunun yaşı ilə əlaqəli olduğunu bildirib:
“Fikrimcə, artıq vaxtdı. 25 yaşım var və prinsipcə bu yaşda olanların əksəriyyəti idmandan gedir, hətta bir çoxları idmanı daha tez tərk edir”.
İdmançı qeyd edib ki, gələcək işi ilə bağlı bir neçə təklif də alıb: “Hələlik nəzərdən keçirdiyim bir neçə təklif var və onlardan biri mənim diqqətimi daha çox cəlb edib. Güman edirəm ki, bu məsələ sentyabrda öz həllini tapacaq”.
Xatırladaq ki, çərşənbə axşamı Bakıda Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın beşqat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr edilmiş Qala-konsert keçirilib.