Fotoreportaj|Video|На русском

Gimnastika

“Azərbaycanda gimnastikanın məktəb proqramına daxil edilməsinin tərəfdarıyam”

24 oktyabr 2013 00:37
Nelli Kim dünya idman gimnastikasının canlı əfsanəsidir. Azerisport.az xəbər verir ki, beşqat Olimpiya çempionu (Monreal və Moskva olimpiadaları) olan N.Kim dünya çempionatlarında 5 dəfə, Avropa birinciliklərində isə 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, digər böyük turnirlərdə qələbələr qazanıb. O, dünya idmançıları arasında ilk dəfə olaraq yeni elementlərdən istifadə etməklə Olimpiya Oyunlarında təkanla tullanmanı və sərbəst tapşırığı yerinə yetirərək həmin vaxt ən yüksək sayılan 10 bal toplayıb.
 
Tacikistanda anadan olmuş N.Kim təbiətcə şən insandır. Vaxtilə SSRİ-nin heyətində çıxış etmiş gimnast indi ABŞ-da yaşayır. O, Belarusu təmsil etməklə Beynəlxalq Federasiyanın tərkibində Qadın idman gimnastikası üzrə Texniki Komitə adlı təşkilata rəhbərlik edir.
N.Kim bu günlərdə Bakıda olub və Azərbaycanda qadın idman gimnastikasının inkişafı ilə bağlı öz fikrilərini bölüşüb.
 
- Bakıya gəlişinizin əsas məqsədi nədir?
- Mən Bakıya Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə gəlmişəm. Biz son bir neçə il ərzində sıx işləyirik və idmanın inkişafı məqsədi ilə ölkənizdə həyata keçirilən layihələr və planlar barədə məlumatım var. Amma, necə deyərlər, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək yaxşıdır. Bura gəlməyimin və hər şeyi öz gözümlə görməyimin vaxtı çatmışdı. Burada gördüklərim məni heyrətləndirdi, düzünü desəm, belə inkişaf gözləmirdim. Söhbət təkcə gimnastikadan deyil, həm də ümumilikdə idman sahəsində aparılan tikinti işlərinin tempindən, sıçrayışlardan gedir. İdmançıların çıxış və məşq edəcəkləri böyük arena insanı valeh edir.
 
Bundan başqa, dəyişən şəhəri tanımadım, Bakını yenidən özüm üçün kəşf etdim. Əlbəttə ki, müəyyən dəyişikliklərin olacağını gözləyirdim, çünki axırıncı dəfə Bakıda 8 il əvvəl olmuşdum. Lakın bura gələrək paytaxtın daha da dəyişməsindən yaxşı mənada təəccübləndim. Ümid edirəm ki, gələcəkdə də hər şey bu tempdə tikilməkdə və inkişaf etməkdə davam edəcək.
Ümumiyyətlə, dövlət düşünəndə ki, idman və incəsənət yüksəkdə olmalıdır, bu, ölkə haqqında çox şeydən xəbər verir. Hesab edirəm ki, Azərbaycan keçmiş sovet məkanında ən mütərəqqi ölkələrdən biridir. Üstəlik, görürəm ki, burada idmana maraq böyükdür və bu maraq artmaqda davam edir. Bundan əlavə, idmanın bazası var ki, bu da ölkədə bu sahəni inkişaf etdirməyə və beynəlxalq arenada yüksək nəticələr qazanmağa imkan verir.
 
- Bəs Sizə yaxın mövzudan - Azərbaycanda gimnastikanın inkişafından danışsaq?
- Sizin bədii gimnastika üzrə yığmanızın uğurları hər şeydən xəbər verir. Komanda dünya elitasında qərarlaşıb və idmançılar beynəlxalq arenalarda yaxşı təsir bağışlayırlar. İdman gimnastikası, xüsusilə, qadın gimnastikasına gəlincə, bu sahə dirçəliş mərhələsindədir. Lakin tezliklə açılacaq kompleks bu məsələdə vəziyyəti xeyli yaxşılaşdıra bilər, çünki gözəl gimnastika zalı istifadəyə veriləcək. Zalda hazırlaşmaq və müxtəlif elementləri təkmilləşdirmək mümkün olacaq. Əsaslardan başlamaq lazımdır, burada məşqçi və hakim kurslarının keçirilməsi özünəməxsus dönüş nöqtəsi ola bilər. Axı idman gimnastikası olduqca çətin idman növüdür. Bu idman növündə hətta tapşırığı ardıcıllıqla yerinə yetirmədikdə belə, xal itirmək mümkündür. Mən hələ kompozisiyaların düzgün qurulmasını demirəm.
 
- Gələcək idmançıların tərbiyəsinə nədən başlamaq olar?
- Hesab edirəm ki, gimnastikanı məktəb proqramına daxil etmək lazımdır. Çünki bu, əsasların əsasıdır, gələcək peşəkar idmançılar üçün təməldir. Bu, ilk növbədə, sağlam həyat tərzi, öz bədən quruluşunu bilməkdir. Məktəbdə gimnastikanın tədrisi gözəl olardı, bu halda məşqçilər uşaqların seksiyalara seçimini həyata keçirə bilərdilər. Mənim özümün idmana gedən yolum necə olub ki? Mən sadə riyaziyyatı qavraya bilmirdim, üçüncü sinifdə isə məşqçi məni gimnastika ilə məşğul olmaq üçün seçdi. Məhz bu məqam həyatımın dönüş nöqtəsinə çevrildi.
 
- Gimnastı yetişdirmək üçün neçə il tələb olunur?
- Fikrimcə, 6-7 il. Hər şey yaşdan, qabiliyyətdən, baza hazırlığından asılıdır. İdmançıları artıq 13-14 yaşlarında yeniyetmələr arasında Avropa birinciliyinə göndərmək olar. Əlbəttə ki, azyaşlının perspektivli idmançıya çevrilməsinə dair vahid düstur yoxdur. Burada yekun nəticəyə təsir edə biləcək bir çox amillər var.
 
- Bakıda məşqçi və hakim seminarlarını nə vaxt keçirməyi planlaşdırırsınız?
- Güman edirəm ki, bunu yanvardan gec etməmək lazımdır. Çünki sonra yarış mövsümü başlayır. Turnirlərin sayı çoxdur, təqvim olduqca sıxdır, üstəlik, qarşıdan "Bakı 2015" Avropa Oyunları gəlir. Avropa Oyunları yaxın illər üçün hazırlığın istiqamətidir.
 
- Yeri gəlmişkən Avropa Oyunlarından nə gözləyirsiniz?
- Birincisi, belə yarışın Bakıda keçirilməsi bir çox mənada nümunəvidir. Sizin dünya və Avropa çempionatlarını keçirmək təcrübəniz var. Avropa Oyunları isə sadəcə irimiqyaslı yarışdır. Yeri gəlmişkən, Olimpiya şəhərciyinin yerləşdiyi ərazi çox xoşuma gəldi. Şəhərcik Gimnastika Arenası ilə üzbəüz yerləşir. Bununla da idmançılar vaxtlarına qənaət edəcəklər. Əks halda, onlar bu vaxtı nəqliyyata sərf etməli olacaqdılar. Ümumilikdə, Avropa Oyunlarına hazırlıq işlərinin miqyası heyrətamizdir və əminəm ki, həmin oyunlar Bakıda ən yüksək səviyyədə keçiriləcək.
 
- Bakıdan hara gedəcəksiniz?
- Cenevrəyə. Orada Beynəlxalq Federasiyanın ikigünlük simpoziumu keçiriləcək. Simpoziumun əsas məsələsi 2020-ci il Olimpiya Oyunları üçün təsnifat mərhələsinin dəyişdirilməsi üzrə təklif olacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah