Yeni çempion bədii gimnast kim olacaq?
7 noyabr 2013 14:55
Noyabrın 19-da bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, əvvəlkilərdən fərqli olaraq, bu yarış pataxtda deyil, əyalətdə baş tutacaq.
İsmayıllı Olimpiya İdman Kompleksində 17 idmançı mübarizə aparacaq. Lider bədii gimnast Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, indi rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedəcək.
Çempionat saat 11:00-da başlayacaq. Saat 14:45-də Qala-konsert nəzərdə tutulub.