"Avropa çempionatında ölkəni layiqincə təmsil etmək lazımdı"
20 noyabr 2013 00:11
"Ölkə çempionatında fərqləndim. Çıxışımdan razıyam. İndi böyük arenalarda uğur üçün daha çox məşq edib, səy göstərməliyəm”. Bunu azerisport.az saytına açıqlamasında bədii gimnastika üzrə Azərbaycan çempionatında qalib adını qazanmış Marina Durunda söyləyib.
Gənc idmançı deyib ki, 2014-cü ildə paytaxtda təşkil olunacaq Avropa çempionatında öz sözünü deməyi düşünür: “Gələn il Bakıda Avropa çempionatı keçiriləcək. Bu yarışa yaxşı hazırlaşmaq, ölkəni layiqincə təmsil etmək lazımdı. Onun üçün, medal qazanmağı hədəfləyəcəyəm”.