Mariana Vasilevna Qran-Pridən danışdı
11 mart 2014 12:51
Gimnastika üzrə qrup hərəkətləri Azərbaycan yığması Fransadan Bakıya qayıdıb. Qran-Pridə qızıl medal qazanan komandamızın baş məşqçisi Mariana Vasilevna azərisport.az saytına açıqlamasında yarışla bağlı təəssüratlarını bölüşüb:
"Biz çox xoşbəxtik. Çünki, Bakıya qızıl medalla qayıtmışıq. Finalda azarkeşlər gimnastlarımızın çıxışını yüksək qiymətləndirdi. Münsiflər heyəti də Müslüm Maqomayevin musiqisi sədaları altında edilən hərəkətləri bəyəndi. Bu qələbə komandamız üçün gələcəkdə qazanılanacaq uğurlara stimul olmalıdı. Eyni zamanda Bakıda keçiriləcək Avropa çempionatında azarkeşləri sevindirməyə çalışacağıq".