Altay Həsənov: Uğurlarımız davamlı olacaq
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov 30-cu Avropa çempionatının yekunlarını yüksək qiymətləndirib. Azerisport.az saytına açıqlamasında federasiya rəsmisi mövqeyini açıqlayıb:
"Bu, bizim Bakıda keçirilən 3-cü Avropa çempionatımız idi. Federasiya olaraq turnirin yüksək səviyyədə baş tutması üçün çalışdıq və buna nail olduq. Qitə birinciliyi komandamız üçün yaxşı nəticələrlə və yüksək təşkilatçılıqla yadda qaldı. Gənc idmançılarımız komandamıza medal qazandırdı. Bu, federasiyanın düzgün yolda olduğunu göstərdi. Gimnastika inkişafdadı. Deməli, uğurlarımız davamlı olacaq. Gələcəkdə də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik. Biz hər zaman federasiyanın prezidenti Mehriban xanım Əliyevanın diqqətini hiss edirik. Avropa çempionatı Milli Gimnastika Arenasında ilk beynəlxalq yarışımız oldu. Qarşıda bizi Avropa Oyunları gözləyir. Azərbaycan millisində güclü rəqabətin olması bizi sevindirməyə bilməz. Belə rəqabət sayəsində nəticələrimiz yaxşılaşır".