Fotoreportaj|Video|На русском

Gimnastika

Durunda: Qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək

15 dekabr 2014 16:00

2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində, qərara gəldik ki, bu möhtəşəm idman tədbirində iştirakı gözlənilən gimnastlar ilə həmsöhbət olaq. Azerisport.az xəbər verir ki, siyahıda ilk yerdə, bədii gimnastika üzrə çoxsaylı Dünya Kuboklarının mükafatçısı, ölkənin 2 qat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durundadır.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Mənim 4 yaşım olanda, atam məni zala gətirdi. Belə ki, qohumum gimnastikayla məşğul olurdu və mən də bütün bunları öyrənmək istəyirdim. Bir az kilolu idim (gülür) və təbii olaraq mənə rəqslə məşğul olmağı tövsiyə etdilər. Lakin mən məşq etmək istəyirdim, buna görə də idmanda qaldım.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Əgər başqa idman növünü bədii gimnastika kimi bəyənsəydim, düşünürəm ki, məndə alınardı. Lakin heç bir başqa idman növü mənim bu qədər xoşuma gəlmir.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Düşünürəm ki, bu təcrübəylə gəlir. Tez-tez çıxış etdikdə, daha asan olur. Əbətdə, özünü də motivasiya etməlisən. Xüsusi sirri yoxdur, esas odur özünə inanasan, o zaman hər şey alınır.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Özünə inam, səbr və əmək...və hər şey alınacaq. Nizam-intizam da vacibdir. Və bir də, məşqçiyə qulaq asmaq vacibdir. Dinləmək, eşitmək və əməl etmək.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Düşünürəm ki, bu idman növündən asılıdır. Təhlükəli idman növləri də var. Misal üçün idman gimnastikası, bədii gimnastikaya nisbətən daha təhlükəlidir. Bədii gimnastika isə elə də təhlükəli deyil.

- İdmanda kumirin varmı?
- Bəli, 2 qat Olimpiya çempionu Yevgeniya Kanayeva.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- İlk öncə Minskdə keçiriləcək Avropa Çempionatında layiqincə çıxış etmək, sonra Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında, daha sonra əlbətdə ki, Olimpiyadaya lisenziya əldə etmək üçün Ştutqarta keçiriləcək Dünya Çempionatında iştirak etmək. Bu lisenziyanı qazanmağı çox istəyirəm.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
Avropa Oyunları mühüm hadisədir.  Mən çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunlarda iştirak etmək çox şərəflidir. Ümumiyyətlə, mənim üçün bu vacib yarışdır, ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm. Bu yarışa ən vacib yarış kimi hazırlaşıram. Artıq yeni mövsümdür, yeni çıxışlar hazırlamışıq və hakimləri və tamaşaçıları təəccübləndirəcəyik.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Yaxşı övlad, bacı, rəfiqə olmağı, sadəcə yaxşı insan olmağı  istəyirəm. Gələcək üçün başqa məqsədlərim hələki yoxdur.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Boş vaxtlarımda gəzməyə çıxırıq, kinoya gedirik. Düşünürəm ki, biz bunlara idmançı olmayanlardan daha az vaxt sərf edirik.

- Öz ailən haqda danış bir az.
- Mənim 2 qardaşım var. Onları çox sevirəm və onlar üçün çox darıxıram. Ümumiyyətlə, valideynlərimə çox minnətdaram ki, məni məhz bu idman növünə gətiriblər, bütün karyeram boyu məni dəstəkləyiblər və hələ də dəstəkləyirlər. Onları çox sevirəm.

- Sevdiyin şəxs varmı?
- Xeyr (gülür).

 - Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Adətən “Marina irəli” – deyə, səslənirlər. Ümumiyyətlə xalçaya çıxmazdan əvvəl onların necə “Azərbaycan” deyə, səsləndiklərini eşidirəm və çox təsirlənirəm. Bu çox xoşdur, sadəcə başa düşürsən ki, bütün zal səni dəstəkləyir. Bu ruhlandırır.

- Onlara nə demək istərdin?
- Dəstəyiniz üçün çox sağ olun. (agf.az)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah