Fotoreportaj|Video|На русском

Gimnastika

Kristina Pravdina: Ətrafda baş verənləri görmürəm

19 yanvar 2015 15:30

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri də qadın idman gimnastikasıdır. Azerisport.az xəbər verir ki, qitənin ən güclü idmançıları arasında 6 cüt - komanda hesabı, şəxsi çoxnövçülük, fərdi finallar - tir üzərində, müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və sərbəst hərəkətlər üzrə medallar uğrunda mübarizə gedəcək.

Gimnastımız Kristina Pravdina bu genişmiqyaslı idman tədbirində ölkəmizi təmsil etmək üçün namizədlərdən biridir. Gimnastika Federasiyasının mətbuat xidməti, gimnastın həyatı haqda maraqlı faktları, həmçinin Kristinanın yaxın gələcək üçün planlarını öyrənib.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Mənim idmançı ailəm var, uşaq vaxtı evdə mənimlə qalmağa heş kəs olmurdu. Buna görə də valideynlərim məni gimnastikaya yazdırdılar və indiyə qədər də idmanla məşğul oluram. Əvəllər zalda ətrafda qaçırdım, gimnastlara baxırdım. Daha sonra məşqçi məni gördü və məşq etməyi təklif etdi.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, digər idman növlərində də uğurlu ola bilərdim. Mən yenilikləri tez qəbul edirəm, amma gördüyünüz kimi mən öz qərarımı dəyişmədim, çünki gimnastikanı sevirəm.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Əvvəllər emosiyalar var idi, indi böyük fasilədən sonra çıxış etmək elə də qorxulu deyil. Mən artıq bilirəm ki, bütün bunları etmişəm. Buna görə də emosiyalarımı idarə etməyi yaxşı bacarıram. Bunun xüsusi sirri yoxdu.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Əməksevərlilik. Əmək sərf edəcəksən, nəticə əldə edəcəksən.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdır?
- İdman növündən asılıdı. Hər idman növü özünə görə çətindi. Lakin, gimnastika ən çox da idman gimnastikası daha travmatikdi. Ancaq biz zədə almamaq üçün hər şeyi nəzarət altında saxlayırıq. Bizə uşaqlıqdan necə düşməyi öyrədirlər.

- İdmanda kumirin varmı?
- Əvvəllər Svetlana Xorkina idi, lakin indi Aliyə Mustafinadı, əsl döyüşçü. Mən onunla şəxsən tanışam, düşünürəm ki, bir çoxları Avropa Çempionatında onun necə zədə aldığının şahidi oldu. Ondan əlavə, Rumıniyalı Larisa Yordakenin uğurlarını izləyirəm, Amerikalı Simona Baylz isə hərəkətlərinin çətinliyi ilə sadəcə heytrətləndirir.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Planda medal qazanmaqdı. Böyük platformaya çıxıb, hər kəsin simpatiyasını qazanmaq lazımdı. Bunun üçün işləmək, zəhmət çəkmək, proqramı çətinləşdirmək lazımdı. Bu il mənim ilk yarışım martda keçiriləcək Açıq Azərbaycan Çempionatı olacaq, sonra isə Dünya Kuboku mərhələləri başlayır. Daha sonra çox əhəmiyyətli olan Avropa Çempionatı və Avropa Oyunları olacaq. Vaxta az qalıb, ona görə də hər məşq ciddidi.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Mən düşünürəm ki, bu çox möhtəşəm tədbir olacaq, Yeniyetmə Olimpiya Oyunları kimi, bu haqda çox danışacaqlar. Buna görə də, Avropa Oyunları da diqqət mərkəzində olacaq. İki hərəkətdə  - müxtəlif hündürlüklü qollarda və tir üzərində yaxşı kombinasiya toplamaq lazımdı. Yaxşı perspektiv var. Yavaş-yavaş yükü genişləndirib, stabilləşdirmək lazımdı.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- 5 il öncə zədə aldığım zaman düşünürdüm ki, bundan sonra nə edəcəm. Bir neçə yerdə işləməyi sınamışdım. Lakin, yenə də gimnastikada qaldım. Bu sahədə mən professionalam, elə bu sahədə də qalıb məşqçi kimi öz idmançı nəslimi, öz çempionalarımı yetişdirmək istəyirəm.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Niyə də yox?! Əgər sən onları bilrəşdirə bilməsən uçuruma gedəcəksən. Bütün bunları birləşdirmək lazımdı, əvvəllər bunu mənə təhsillə bağlı deyirdilər. Təhsillə çox çətin idi. Çünki, oxumaq da insanın qüvvəsini alır. Adı həyatla daha asandı. Digərlərində olduğu vaxtın çox olmaya bilər, lakin yetəri qədərdi.

- Öz ailən haqda danış bir az.
- Mənim anam idman gimnastikası və akrobatika üzrə idman ustasıdı, həmçinin beynəlxlaq dərəcəli hakimdi. Atam da keçmiş gimnastdı. Adi idmançı ailəsiyik.

- Sevdiyin şəxs varmı?
- Xeyr, mən quş kimi müstəqiləm (gülür).

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Mən bunu görmürəm, mənim proqramım və mən varam. Ətrafda baş verənləri görmürəm. Sərbəst hərkətlərdə və dayaqla tullanma həkətlərində adətən azarkeşlərdən daha çox emosiya olur.

- Onlara nə demək istərdin?
- Onlara məni dəstəklədikləri və bu dəstəyi davam etdirdikləri üçün təşəkkür edirəm. Uğurlar hər birinə.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah