Fotoreportaj|Video|На русском

Gimnastika

"Hazırda bir məqsədimiz var - Avropa Oyunları"

2 fevral 2015 12:15

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti milli komandamızın üzvləri Anastasiya Koltunova və Vladimir Dolmatovdan müsahibə alıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Anastasiya
: Çox gec olsa da, mən gimnastikaya on yaşımda gəldim. "Öz həyatımı idmanla bağlamaq" mənim şüurlu seçimim idi. Aerobika öz rəngarəngliyi ilə məni cəlb etdi, burada idman gimnastikası və bədii gimnastika, eləcə da akrobatika elementləri var. Bundan başqa, bütün proqram musiqi sədaları altında yüksək dinamika ilə yerinə yetirilir.
Vladimir: Bu təsadüfən oldu. 15 dekabr 2004-cü il bacım aerobika ilə məşq olan zaman mən evdə oturub çox darıxırdım. Ona görə də mən onunla birlikdə getmək qərarına gəldim və rəhm etmədim.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
A: Əgər istək varsa, istənilən idman növündə yüksək nəticələr əldə etmək olar.
V: Dəqiq deyə bilmərəm, ancaq düşünürəm ki, başqa idman növündə yüksək səviyyəli idmançı ola bilərdim. Bu, akrobatika və ya idman gimnastikası ola bilərdi, amma mən öz seçimi etdim - mən aerobikanı sevirəm!

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
А
: Yarış günü musiqi emosiyaların öhdəsindən gəlməyə kömək edir.
V: Mən sadəcə təsəvvür edirəm ki, hal-hazırda mən məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
А: İdmanda əsas istəkdir, qarşıya məqsəd qoymaq və heç nəyə baxmayaraq ona doğru getmək lazımdır.
V: Məqsəd qoymaq və qarşıya qoyulan məqsədə nail olmağa çox böyük istək olmalıdır! Onda hər şey alınacaq.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
А: Hər hansı idman növündə zədələrsiz ötüşmək mümkün deyil. Zədələrdən qaçmaq üçün idmançı özü öz səhhətinə nəzarət etməlidir.
V: Hər idman növünün özünəməxsus təhlükə var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar.

- İdmanda kumirin varmı?
А
: “Özün üçün heç bir oyma büt, nə yuxarıda-səmada və aşağıda-yerdə, nə də yerdən aşağıda yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə”.
V: Mən özümü heç kimə bənzətmirəm və digər idmançıların zirvələrinə çatmağa cəhd etmirəm. Mənim öz yolum var.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
А: Hal hazırda Avropa Oyunlarına səylə hazırlaşıram.
V: Planlarımda Avropa Oyunlarında layiqincə çıxış etməkdir.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
А
: Mənim üçün Avropa Oyunları ən əhəmiyyətli yarışdır, belə miqyaslı yarışlarda iştirak etmək mənim üçün şərəfdir.
V: Oyunlar mənim üçün özünü göstərmək şansıdır.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
А
: Arzularım əsasən idmanla bağlıdır; aerobikada yüksək nəticələri əldə etmək arzusundayam.
V: Hazırda yalnız bir məqsədim var - Avropa Oyunları.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
А
: Mənim üçün bütün həyatım idmandır.
V: Xeyr. Mən özümü hansısa bir işə tamamilə həsr edə bilərəm. Birləşdirmək olmur.

- Öz ailən haqda danış bir az.
А
: Ailəmdə idmançı olmayıb, amma evdəkilərim idmanda uğurlarım ilə fəxr edir və seçimimdə məni dəstəkləyir.
V: Mənim ailəm idman ailəsidir. Anam və bacım fitnes üzrə təlimatçılar, atam isə trenajor zalında təlimatçıdır. Yalnız qardaşım idmançı deyil, o, texnologiyaları seçib. O, proqramçıdır, amma mən əminəm ki, o yaxşı idmançı ola bilərdi.

- Sevdiyin şəxs varmı?
A
: Sevdiyim şəxs var, və o, idmanda olan çətinliklərin öhdəsindən gəlməyə kömək edir, mənəvi cəhətdən dəstəkləyir və daimi ayırılmalara anlayışla yanaşır.
V: Bəli, var.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
А
: Yarışda azarkeşlərin nə qışqırdığı vacib deyil ki, hər hansı dəstək layiqincə çıxış etməyə kömək edir.
V: Bizim üçün hər hansı dəstək vacibdir.

- Onlara nə demək istərdin?
А
: Azarkeşlərimə demək istərdim ki sağ olsunlar. Onların dəstəyi mənim üçün vacibdir.
V: Sağ olsunlar.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah