Fotoreportaj|Video|На русском

Gimnastika

Petr Paxnyuk: Avropa Oyunlarında özümə və gücümə heyfslənmədən hazırlaşıram

9 fevral 2015 14:45

Dünyanın 6000 ən güclü idmançılarını özündə cəmləşdirəcək Avropa Oyunlarının rəsmi açılışına 122 gün qalıb. Azerisport.az xəbər verir ki, bu irimiqyaslı idman tədbirində kişi və qadın idman gimnastikasının da yer alacağı 20 idman növü üzrə yarışlar keçiriləcək.

Yarışların formatına əsasən ölkəni  kişi idman gimnastikası üzrə 3 idmançı təmsil edə bilər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa Oyunlarında iştirakı nəzərdə tutulmuş ikinci kişi idman gimnastı Petr Paxnyukdan müsahibə götürüb.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Belə alındı ki, atam məni gimnastikaya, anam isə musiqi məktəbinə yazdırdı. Mən gimnastikanı seçdim, çünki bir yerdə oturmaq xoşuma gəlmirdi.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Boş vaxtlarımda mən digər idman növləri ilə də məşğul olmuşam. Buna görə də düşünürəm ki, məndə alınardı.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Ən vacibini seçmək çətindir. Bütün peşəkar idman növlərində kompleks keyfiyyətlər tələb olunur – bunlar dözümlülük, fiziki güc, səbr, xarakter, zəhmətsevərlilikdir. Bu siyahını artırmaq da olar, lakin öz peşənə istək və sevgin olduğu zaman bunlar xoş məqamlardır.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Hazır olduğum zaman, mən həmişə sakit çıxış edirəm. Yaxşı hazırlıq isə bu işin əsəs və başlıca sirridir.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Əlbət5ə, bu idman növündən asılıdır. İdman gimnastikası daha travmatikdir, buna görə də hər məşq konsentrasiya tələb edir.

- İdmanda kumirin varmı?
- Xeyr.

- Yaxın gələcək üçün idman planlarından bir az danış...
- Yarışları səbirsizliklə gözləyirəm. Yaxşı çıxış etmək istəyirəm.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Mənim üçün Avropa Oyunları ciddi yarışdır, buna görə də özümə və gücümə heyfslənmədən hazırlaşıram. Yüksək nəticə göstərmək istəyirəm.

 - İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Müəyyən məqsədlər, istəklər əlbəttə var, axı idmandan sonrakı həyat da az maraqlı olmalı deyil!

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Uzun müddətdir ki, mən idmandayam və bu artıq mənim üçün adidir.

- Öz ailən haqda məlumat verərdin...
- Mənim dostcanlı, kiçik ailəm var, atam, anam və bacım. Atam hərbçi, anam isə evdar xanımdır. Bacım isə prokurorluqda işləyir, o ağıllı və məndən fərqli olaraq, daha əzmlidir (gülür).

- Sevdiyin şəxs varmı?
- Bu çox şəxsi sual oldu.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Yarış zamanı çalışıram ki, fikrim dağılmasın, düşüncələrimi öz işimə yönəldirəm.

- Onlara nə demək istərdin?
- Daha çox dəstək olun və gimnastikanı sevin!

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah