Qadınlar arasında çöxnövçülük yarışının nəticəsini əvvəlcədən düzgün təxmin etmək mümkün olmadı

Birgə Açıq Azərbaycan Çempionatının ilk günü idman gimnastikası üzrə çoxnövçülük yarışlarıyla başlayıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı gimnast Oleq Stepko kişilər arasında çoxnövçülük kateqoriyasında qızıl medal qazanıb.
Oleq Stepkonun komanda yoldaşı Petro Pakhnyuk isə gümüş medala sahib olub. Qadınlar arasında keçirilən müsabiqədə Türkiyə qızıl medala yiyələnə bilməyib. Azərbaycan idmançısı Kristina Pravdina Türkiyəli gimnast Tutya Yılmazın yekun çıxışında yıxılmasıdan sonra birinci pilləyə yüksəlib.
Kişilər arasında çoxnövçülük finalı
Azərbaycan və Xorvatiya yarışın əvvəlindən liderlik edirdilər. Oleq Stepkonun ilk çıxışında, dəstəli atda, 15 min 300 xal qazanaraq birinci yerə çıxdı. 2014 Dünya Çempionatında (Nankin, Çin) bu kateqoriyada gümüş medal əldə etmiş Xorvatiyalı gimnast Filip Ude çıxışının icrasına görə 9,000 xal almasına baxmayaraq dəstəli atdakı çıxışından sonra ikinci yerdə qərarlaşdı. Ude ikinci alət üzrə çıxışında ikinci yeri saxlaya bildi, lakin sərbəst hərəkətlərdə isə sərhəd xəttini keçməyinə görə 0,3 xal itirərək üçüncü pilləyə endi. Azərbaycanlı gimnast Petro Pakhnyuk sərbəst hərəkətləri yüksək səviyyədə icra etdi və ardınca isə yarışı tamblinqlə davam etdirərək ikinci yerdə qərarlaşa şad bildi.
Filip Ude Azərbaycanlı rəqiblərini dördüncü çıxışı olan paralel qollarda qabaqlaya bilmədi. O, Petro Pakhnyukdan 1,000, yarışın lideri Oleq Stepkodan isə 1,450 az xal qazandı. Dəstəli atdakı çıxışından sonra Filip Ude Azərbaycan gimnastları ilə olan xal fərqini azaldsa da, bu, onun üçüncü yer nəticəsini yaxşılaşdırmağa kömək etmədi. Oleq Stepko isə təkanla tullanmadakı yekun çıxışında 9,400 xal qazanaraq qızıl medal iddiasını möhkəmləndirdi. Petro Pakhnyuk gümüş medala, Filip Ude isə bürünc medala yiyələnə bildi.
Norveçli Stian Skjerahaug yarışın əvvəlində dəstəli at və sərbəst hərəkətlər üzrə yüksək çıxış nümayiş etdirərək üçüncü yerdə qərarlaşdı və liderlərlə eyni səviyyəyə yüksəldi. Üçüncü çıxışı olan halqalarda 13,850 xal toplaya bildi və bununla da dördüncü pilləyə enərək bu yerdə qərarlaşdı.
Qadınlar arasında çoxnövçülük finalı
Bu müsabiqədə çoxnövçülük kateqoriyasında ən gənc gimnastlardan biri olan, Türkiyəli gimnast Tutya Yılmazın təkanla tullanma çıxışında 13,933 xal toplamasından sonra qadınlar Türkiyə və Azərbaycan idmançıları arasında rəqabət yaranmışdı. Tutya Yılmazın komanda yoldaşı Demet Mutlu təkanla tullanma üzrə uğurla çıxış etdi və ikinci yerdə qərarlaşa bildi. Lakin müxtəlif hündürlüklü qollar üzrə çıxışında yıxılandan sonra o, dördüncü pilləyə endi. Demet Mutlu müxtəlif hündürlüklü qollarda yıxılan yeganə idmançı deyildi. Azərbaycanlı gimnastlar Mariia Smirnova və Marina Nekrasova da bu qollarda tarazılığını qoruya bilməyərək yıxıldılar.
Azərbaycan idmançısı Kristina Pravdina ikinci çıxışı olan təkanla tullanmada yüksək nəticə göstərərək birinci yerə yiyələndi, lakin o, sərbəst hərəkətlər üzrə çıxışından sonra ikinci pilləyə endi. Onun sərbəst hərəkətlər üzrə çıxışı yüksək səviyyədəydi, ancaq texniki cəhətdən çətin olmasına səbəbindən bu yarış ona 12,100-dan çox xal gətirmədi.
Tutya Yılmaz üçüncü çıxışı olan gimnastika tirində yaxşı nəticə əldə edərək birinciliyə yenidən yiyələnməyə çalışdı. Bundan sonra sərbəst hərəkətlər üzrə olan yekun çıxışına o, qızıl medal qazanmaq inamı ilə başladı. Lakin Tutya Yılmaz bu çıxışda yıxıldığına görə 0,60 xalla cəzalandırıldı. Beləliklə, Kristina Pravdina yüksək, ancaq daha asan çıxışından sonra birinci yerə çıxdı. Demet Mutlu ən yüksək nəticəsini sərbəst hərəkətlər üzrə çıxışında (12,666 xal) əldə etməklə bürunc medala sahib oldu.