Fotoreportaj|Video|На русском

Gimnastika

"Avropa Oyunlarını Olimpiada ilə müqayisə etmək olar"

11 mart 2015 13:00

Artıq 100 gündən az vaxt qalmış Avropa Oyunlarında, təxmini 6000 idmançı iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu irimiqyaslı yarışda 20 idman növü təmsil olunacaq. Onların arasında yer alan akrobatika gimnastikası (qarışıq cütlük və qrup) üzrə 6 cüt medal uğrunda mübarizə gedəcək.

Gimnastlarımız Ulyana Diakova və Anatoli Leonov ölkəmizi qarışıq cütlüklər arasında təmsil edəcəklər. İdmançılarımız artıq Açıq Azərbaycan Çempionatında 2 qızıl, 1 gümüş medal qazanmağı bacarıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti onlardan kiçik mübahisə alıb. Onlar öz müsahibələrində idman dünyasına gəlişləri və digər maraqlı məqamları bölüşüblər.

- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
Ulyana
: Məni akrobatikaya 11 yaşım olanda gətirdilər. Əvvəllər rəqslə məşğul olurdum. Daha sonra bildirdilər ki,  özümü akrobatikada sınayım və mənim xoşuma gəldi. Beləcə, bu sahədə qalmağı qərarlaşdırdım.
Anatoli: Mən çoxdan idmanla məşğul olurdum. Məktəbdə deyirdilər ki, bir şeylə məşğul olmaq lazımdır və bildirdilər ki, akrobatika üzrə bölmə fəaliyyət göstərir. Mən sadəcə gəldim və xoşum gəldi. Artıq iki ildən sonra mən akrobatikadan getmək istəmirdim.

- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
U
: Uşaqlıqda suda tullanma və üzgüçülüklə məşğul olmaq istəyirdim, lakin inanmıram ki, mən uğur qazana bilərdim.
A: Yəqin alınardı. Uşaqlıqda karate və güləş sənətini sevirdim.

- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
U: Mən uzun müddət hazırlaşıram buna və çıxış öncəsi çox həyəcanlanıram. Öz-özümə deyirəm ki, hər şey yaxşı olacaq, artıq hər şey edilib, məşqlərdə bir neçə dəfə etmisən bunları, yenidən təkrarlamaq lazımdır. Özümə arxayınlıq verirəm.
A: Mənim təcrübəm çoxdur. Artıq 20 ildir ki, akrobatika ilə məşğulam. Kiçik yaşlarımda həyəcan olurdu. İndi isə özümü xüsusi hazırlaşdırmıram. Nə edəcəyimi bilirəm, buna görə də həyəcanlı olmuram. Fikrimi heç nə unutmamaq üçün cəmləşdirirəm. Ən əsas budur.

- Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?
U
: Xarakter və özünü idarə edə bilmək.
A: Xırda şeylərə əhəmiyyət vermək. Məhz bu yolla uğur əldə edə bilərsən.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
U: Düşünürəm ki, əgər diqqətlə işləsən təhlükə olmamalıdır. Hər hərəkət üzərində fikirləşmək və özünü idarə etmək lazımdır. Özünü cəmləyib, səhvlərədən nəticə çıxarmaq lazımdır.
A: Mən düşünürəm ki, hər şey məşqçidən asılıdır. Əgər o yaxşı mütəxəssisdirsə, işini düzgün görürsə, zədə almarsan. Xoşbəxtlikdən, karyeram boyunca ciddi zədələrim olmayıb.

- İdmanda kumiriniz varmı?
U
: Mənim kumirim yoxdur.
A: Hər zaman təkrarlayıram: “Özünə kumir yaratma”. Digər idman növlərində var, lakin akrobatikada yoxdur. Əgər sən rəqibinə heyran olursansa, ona qalib gələ bilmərsən.

- Yaxın gələcək üçün idman planlarınızdan danışın bir az.
U
: Avropa Oyunlarına qədər Bolqarıstana Dünya Kubokuna yollanacağıq, sonra isə bütün gücümüzlə Oyunlara hazırlaşacağıq.
A: Avropa Oyunlarından sonrasına hələ baxmırıq. Lakin nəzərə alırıq ki, oktyabrda Avropa Çempionatı olacaq.

- Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?
U
: Mən düşünürəm ki, Avropa Oyunları çox böyük yarışdır, onun həcmi insanı heyrətləndirir. Hər kəs oyunlar haqda, orada təmsil olunacaq idman növləri haqda bilir. Hər kəs özünü oyunların uğurla təşkil olunmasına hazırlayır. Hətta indi, test-turnirində azarkeşlərin sayı çox idi, Avropa Oyunlarında bundan 10 dəfə artıq olacaq. Düşünürəm ki, bu oyunları Olimpiada ilə müqayisə etmək olar.
A: İnsanlar akrobatikanı yaxşı təsvir etmirlər. Avropa Oyunları bu idman növünün inkişafı üçün yaxşı addım olacaq. Bu tədbir akrobatikanın populyarlaşmasına kömək edəcək. Yavaş-yavaş hər kəs bu idman növünü tanıyır.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
U
: 9-cu sinifi bitirmək istərdim.
A: Arzularım yalnız Avropa Oyunlarında qalib olmaqdır.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?
U
: Çətin olur, lakin bunun üçün dəyər (gülür). Məktəb çantasını bir qırağa qoyub, məşq çantasını götürərək dərsdən məşqə qaçmaq.
A: Mən boş vaxtlarımda fotoqraflıqla məşğul oluram. 3-4 saat məşq etdikdən sonra sevimli işimlə məşğul oluram. Onları birləşdirmək çətin deyil. Həyat yoldaşıma təşəkkür edirəm ki, məni başa düşür və dəstəkləyir.

- Öz ailəniz haqda danışın bir az.
U
: Əvvəllər atamla anam başa düşmürdülər akrobatikanı niyə seçmişəm. İstəyirdilər ki, bu işə son qoyum. İndi isə onlar məni dəstəkləyir, uğurlarımı izləyirlər. Mən medal qazananda, onlara çox xoş olur.
A: Mənim həyat yoldaşım hər zaman yanımdadır. O, fotoqrafdır və tez-tez bizim şəkillərimizi çəkməyə gəlir. Test-turnirinə gəlməyi də çox istəyirdi, amma alınmadı.

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və siz onlardan nə eşitmək istərdiniz?
U
: Biz hər zaman azarkeşləri eşidə bilmirik, çünki bütün diqqətimiz öz çıxışımızda olur. Komanda yoldaşlarımıza tribunadan azarkeşlik edəndə bizə necə böyük dəstək verdiklərini başa düşürük. Çox xoşdur ki, bizə azarkeşlik edirlər, uğur arzulayırlar.
A: Bu bizə müsbət enerji verir. Eşidirik necə qışqırırlar, dəstəkləyirlər. Amma biz nə baş verdiyini hər zaman anlamırıq. Mənim bütün fikrim çıxışımda olur.

- Onlara nə demək istərdiniz?
U
: Dəstəkləyən hər kəsə təşəkkür edirik. Ölkədə idmana böyük marağın olması bizə xoş təsir edir.
A: Gəldikləri üçün, minnətdarıq. Avropa Oyunlarına dostlarını, tanışlarını dəvət etsinlər.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah