Fotoreportaj|Video|На русском

Gimnastika

Daniel Lukas: İdmanda vacib aspekt məqsədə çatmamış təslim olmamaqdır

16 aprel 2015 13:30

60 gündən sonra Bakı, gimnastika yarışlarının da daxil olduğu, ümumilikdə isə 20 idman növünün təmsil olunacağı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, bu yarışlarda 450-ə yaxın gimnast 34 cüt medal uğrunda mübarizə aparacaq.

Kişi idman gimnastikası idman düynasında ən qədim və prestijli idman növlərindən biridir. Bu oyunlarda ölkəmizi kişi idman gimnastikası üzrə 3 gimnast təmsil edəcək və onlar 8 cüt medal uğrunda yarışacaqlar: çoxnövçülük yarışları, komanda hesabı, həmçinin fərdi birinciliklərdə.

Daniel Lukas Azərbaycanın bu oyunlardakı mümkün iştirakçılarından biridir. Ənənəvi olaraq, Azərbaycan Gimnastika Federasiyası ondan müsahibə götürərək, gimnastikaya gəlişi, həmçinin qarşıda gələn Avropa Oyunlarından gözləntiləri haqda onunla həmsöhbət olub.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Bu idman növüylə mənim böyük bacım məşğul olurdu və bu mənə gülməli görünürdü. Həm düşünürdüm ki, bu asandır, bacımın yanında olub, onun bacarıqlarını izləmək istəyirdim.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, məndən pis futbolçu olmazdı. Düzdür, boyum hündür deyil, lakin bu işdə yaxşı ola bilərdim.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Mən emosiyalarımla, ailəmi düşünərək bacarıram, hər zaman onlar üçün mümkün olan hər şeyi etməyə çalışıram.

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?
- Bütün idman növlərində ən vacib aspekt ən yaxşıya doğru can atmaq və məqsədə çatmamış təslim olmamaqdır.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Hər bir idman növünün özünə məxsus təhlükəsi var, amma əslində bu idman növündən asılıdır.

- İdmanda kumirin varmı?
- Bəli! Mənim kumirim, mənim ilk məşqçim Lyubomir Qveraskovdur. Onunla qarşılaşdığım ilk gündən o mənim kumirimdir və bu həmişə belə olacaq.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Mənim yaxın gələcək üçün idman planlarım, çox sayda yarışlarda uğurla çıxış edərək, özümə ad qazanmaqdan ibarətdir.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Mənim üçün Avropa Oyunları özümü göstərmək üçün yaxşı şansdır. Halqalarda medal qazanmağa ümid edirəm. Məqsədimə çatmaq üçün, gərgin şəkildə məşq edirəm.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Gimnastika karyerasını bitirdikdən sonra, həmişə aktyor olmağı arzulamışam. Lakin, əsl arzum veterinar olmaqdır, çünki heyvanları çox sevirəm. Aktyor və ya veterinar olsam bu möhtəşəm olacaq.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- İdman – mənim həyat tərzimdir. Hər dəfə kefsiz olanda, film və verilişlər izləyirəm, bu mənə yaxşı təsir edir.

- Öz ailən haqda danış bir az.
- Mənim iki bacım, böyük qardaşım və valideynlərim var. Onlar məni hər zaman dəstəkləyirlər, bundan yaxşı ailə arzulaya bilməzdim.

- Sevdiyin şəxs varmı?
- Xeyr.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Azarkeşlərim az olsa da, onlar adətən “İrəli Denni!” və ya “Sən bacararsan Daniel” - deyə qışqırırlar. Əgər mən dəstək səslərini eşidirəmsə, bu artıq mənə yaxşı təsir edir və onların nə deyə qışqırdıqları önəmli olmur. Mən təkcə öz azarkeşlərimə deyil, digər idman növləri ilə məşğul olanlara, ümumiyyətlə idmandan uzaq olan insanlara demək istərdim ki, irəliyə doğru səylə çalışın və addımlayın. İrəlidə sizi gözləyən yol asan olmaya bilər, lakin güclü olun. Siz məqsədinizə çatmaq üçün başladınız və çalışın ki, bu alınsın.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah