Fotoreportaj|Video|На русском

Gimnastika

Aerobika gimnastika üzrə qrup: Avropa Oyunları bizim üçün ən mühüm yarışdır

1 may 2015 14:15

İyunun 12-də start götürəcək Avropa Oyunlarına cəmi 42 gün qalıb. Azerisport.az xəbər verir ki, Oyunlar, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilir və 4 ildən bir baş tutacaq. Gözləntilərə görə, Bakıya 50 ölkədən 6000 idmançı gələcək.

Aerobika gimnastikası Avropa Oyunların proqramına daxil olan 4 qeyri-olimpiya idman növündən biridir. Yarışların formatına əsasən, medallar uğrunda qarışıq cütlüklər və qruplar mübarizə aparacaqlar.Qeyd edək ki, qrup komandası 5 nəfərdən ibarətdir.  

Ənənəyə uyğun olaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkəmizi yarışlarda təmsil edəcək qrup komandası ilə söhbət etdi. Onların fikirləri müxtəlif olsa da, Avropa Oyunlarında söz düşüncə, bir qayda olaraq etiraf etdilər ki, bu yarış onlar üçün çox vacib hadisədir.

Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

Timur Ələkbərov: Aerobika gimnastikası bölməsinə təsadüfən gəlmişəm, çünki 11 yaşım olanda dostumla mərcləşmişdim ki, bu idman növü ilə məşğul olacam və 1 il bu sahədə çalışacam. Mərci böyük fərqlə qazandım.

Vera Bosıx: 4 yaşım olanda valideyinlərim məni idman zalına, bədii gimnastika bölməsinə gətirdilər, amma mənim karyeram orada alınmadı. Valideyinlərim ilə məsləhətləşdikdən sonra, aerobika gimnastikası bölməsinə keçməyə qərar verdim.

Elçin Məmmədov: İlk əvvəl mən akrobatika gimnastikası ilə məşğul olmağa başladım. Daha sonra bu idman növündə karyeramı bitirdikdən sonra aerobika gimnastikasını seçmək qərarına gəldim. Mənim üçün bu idman növü çox maraqlıdır.

Vladimir Dolmatov: Bu təsadüfən oldu. 2004-cü ilin 15 dekabr tarixində bacım aerobika ilə məşğul olan zaman, mənə evdə oturmaq çox darıxırdırıcı gəldi. Ona görə də mən onunla birlikdə getmək qərarına gəldim və peşman olmadım.

Yekaterina Kotlyarova: Aerobika gimnastikası ilə 15 yaşından məşğul olmağa başlamışam. O zaman aerobika gimnastikası elə də məşhur deyildi, mən hətta hara gəldiyimi bilmirdim. Məktəbdə bu bölməyə qəbul haqqda elanı gördüm və maraqlandım.

 

Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

Timur: Başqa bir idman növünü aerobika gimnastikası qədər sevə bilsəydim, düşünürəm ki, alınardı.

Vera: İnanmıram ki, başqa bir idman növündə nəsə alınardı.

Elçin: Bu idman növündə məşğul olmasaydım özümü üzgüçülükdə sınamaq istərdim.

Vladimir: Dəqiq deyə bilmərəm, ancaq düşünürəm ki, başqa idman növündə yüksək səviyyəli idmançı ola bilərdim. Bu akrobatika və ya idman gimnastikası ola bilərdi, amma mən öz seçimimi etdim - mən aerobikanı sevirəm!

Yekaterina: Düşünürəm ki, misal üçün, voleybolda.

 

Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

Timur: Heç bir sirr yoxdur, sadəcə yaxşı formada olub meydançaya həzzlə çıxmaq lazımdır, o zaman həyəcan da olmayacaq.

Vera: Meydançaya çıxdıqda bütün qorxular və həyəcən məni tərk edir.

Elçin: Yarış günü hər bir hərəkətimi beynimdə analiz edirəm. Təmkinli olub, hər şeyin yaxşı keçəcəyini düşünürəm.

Vladimir: Mən sadəcə təsəvvür edirəm ki, hazırda mən məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur.

Yekaterina: Meydançaya çıxmamışdan əvvəl elementlərin düzgün yerinə yetirilməsini təsəvvür edirəm. Öz-özümə hər şeyin alınacağını deyirəm..

 

Fikrininzcə hər hansı idman növündə vacib olan nədir?

Timur: Ən əsası öz işinə olan sadiqlikdir.

Vera: İdmanda ən əsası təslim olmamaq və öz məqsədinə doğru inamla addımlamaqdır.

Elçin: Nizam-intizam ən vacibdir. Birdə müəllimin dediklərinə diqqətlə qulaq asma         q və yerinə yetirmək.

Vladimir: Qarşıya məqsəd qoymaq və bu məqsədə nail olmağa çox böyük istəyin olması! Onda hər şey alınacaq.

Yekaterina: Qələbəyə doğru getmək.

 

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

Timur: Təhlükə hər yerdə var, hətta adi gəzinti zamanı belə. Məşq prosesinə və öz sağlamlığına ağılla yanaşmaq lazımdır.

Vera: Hər bir peşəkar idman növü zədələrlə bağlıdır. Hər bir idman növünün öz xüsusiyyətləri və çətinlikləri var.

Elçin: Məşq zamanı əvvəlcə çox yaxşı isinmə etmək lazımdır. Daha sonra hər bir məşq hərəkəti müəllimin dediyi kimi etsək heç bir təhlükə olmaz.

Vladimir: Hər idman növünün özünəməxsus təhlükəsi var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar.

Yekaterina: Hər bir peşəkar idman növündə zədə almaq riski var.

 

İdmanda kumiriniz varmı?

Timur: Kumirim yoxdur, pərəstiş etdiyim və onlar kimi uğur qazanmaq istədiyim idmançılar var. Bu mənə çox kömək olur.

Vera: Xeyr.

Elçin: Xeyr.

Vladimir: Mən özümü heç kimə bənzətmirəm və digər idmançıların zirvələrinə çatmağa cəhd etmirəm. Mənim öz yolum var.

Yekaterina: Maykl Felps.

 

Yaxın gələcək üçün planlarınızdan danışın.

Timur: Hazırda mənim üçün ən vacib yarış Avropa Oyunlarıdır.

Vera: Yaxın gələcək üçün planlar Avropa Oyunlarına hazırlıqdır.

Elçin: Bir aydan sonra bizi Avropa Oyunları gözləyir. Bütün fikrimi buna yönəltmişəm.

Vladimir: Planlarımda Avropa Oyunlarında layiqincə çıxış etməkdir.

Yekaterina: Hazırda biz Avropa Oyunlarına hazırlaşırıq və bu tədbiri səbirsizliklə gözləyirik.

 

Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

Timur: Bir neçə il əvvəl mən təsəvvür edə bilməzdim ki, Oyunlarda iştirak edəcəm. Hazırlığımız çox ciddi keçir, bir çox şeyi qurban vermişik, amma buna dəyər.

Vera: Ən vacib yarışdır.

Elçin: Mən çox sevinirəm ki, ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Məşqlərimiz daimi olaraq hər gün keçirilir.

Vladimir: Oyunlar mənim üçün özümü göstərmək şansıdır. Səbrimi toplayıb, dişlərimi sıxaraq heç nəyə baxmadan hər şeyin 100 faiz olacağına ümid edirəm.

Yekaterina: Aerobika gimnastikası Olimpiya idman növü olmasa da, Avropa Oyunlarının proqramına daxil olub və mənim üçün bu bir növ Olimpiada sayılır. Buna görə bu yarış mənim üçün ən vacib yarışdır.

 

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzular, məqsədlər varmı?

Timur: Avropa Oyunlarının sayəsində, 3 il yarımlıq fasilədən sonra mən yenidən idmana qayıtdım. İndi məşqlərimi davam etdirmək istəyirəm, sonra isə məşqçilik fəaliyyətinə başlamaq niyyətindəyəm.

Vera: Şübhəsiz ki, idmanla bağlı olmayan gələcəyə dair böyük planlarım var.

Elçin: Hal-hazırda idmanın içindəyəm və bir tək Oyunlar haqda düşünürəm.

Vladimir: Hazırda yalnız bir məqsədim var - Avropa Oyunları.

Yekaterina: Bəli, var.

 

İdmanla gündəlik həyatını birləşdirə bilirsinizmi?

Timur: Bəli, əlbəttə!

Vera: Təəssüf ki, hər zaman alınmır.

Elçin: Xeyr. Mən bütün günümü demək olar ki zalda keçirdirəm.

Vladimir: Xeyr. Mən özümü hansısa bir işə tamamilə həsr edə bilərəm. Birləşdirmək olmur.

Yekaterina: Mənim üçün idman gündəlik həyatdır, işimdir.

 

Ailəniz haqqında biraz danışın.

Timur: Ailəm idmanla bağlı deyil, anam – kimyaçı-laborantdır, bacım isə dərzilik peşəsi ilə maraqlanır.

Vera: Mənim çox gözəl ailəm var. Mən valideyinlərimi çox sevirəm və hər şeyə görə onlara minnətdaram. Onlar mənə çox dəstək olurlar.

Elçin: Ailədə beş nəfərik. Atam, anam, iki bacım və mən. Atam mühəndis, anam evdar qadın, böyük bacım İngilis dili müəlliməsi, digər bacım isə Azərbaycan dili və ədəbiyyat müəlliməsidir.

Vladimir: Mənim ailəm idmançı ailəsidir. Anam və bacım fitnes üzrə təlimatçı, atam isə idman zalında təlimatçıdır. Yalnız qardaşım idmanı deyil, texnologiya sahəsini seçib. O, komputer proqramları üzrə mütəxəssisdir, amma mən əminəm ki, o yaxşı idmançı ola bilərdi.

Yekaterina: Sadə ailəm var: anam, atam, bacım və pişiyim (gülür).

 

Sevidiyiniz şəx varmı?

Timur: Təəssüf ki deyim, ya xoşbəxtlikdənmi deyim, lakin yoxdur.

Elçin: Üç il əvvəl olub. Hal-hazırda məşq edirəm və sevməyə vaxtım yoxdur (gülür).

Vladimir: Bəli, var.

Yekaterina: Xeyr.

 

Adətən azarkeşlər tribunlardan sizi necə dəstəkləyirlər?

Timur: Meydançaya yaxınlaşanda çıxış etdiyim musiqidən başqa heçnə eşitmirəm.

Vera: Azsaylı azarkeşlərimə təşəkkür etmək istəyirəm, yaxşı ki, onlar var, ona görə onların nə qışqırdıqları önəmli deyil. Sözün düzünü desəm, çıxış zamanı heçnə eşitmirəm.

Elçin: Azarkeşlərim tribunalardan “Elçin, biz sənə inanırıq” bu kimi sözlər işlədikcə məndə özümə inam daha çox artır.

Vladimir: Bizim üçün hər dəstək vacibdir.

Yekaterina: Alqışlardan başqa heçnə eşitmirəm.

 

Siz onlardan nə eşitmək istərdiz?

Timur: Dəstəyə görə təşəkkür edirəm, bu bizim üçün çox vacibdir.

Vera: Azarkeşlik etdiklərinə çox sağ olsunlar.

Vladimir: Təşəkkür edirəm onlara.

Elçin: Onlara dərin minnətdarlığımı bildirirəm.

Yekaterina: Mənə və bizim komandamıza dəstək olduqları üçün təşəkkür edirəm.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah