Azərbaycan batutçuları Frivolten Cup yarışında 3 medal qazandılar
İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə “Frivolten Cup” adlı beynəlxalq turnir yekunlaşıb. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək, 3 medal qazanıblar.
İdmançımız Dmitri Fedorovski ikili minitrampda bürünc medal əldə edib. O, həmçinin özünü fərdi çıxışda nümayiş etdirərək, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qadınlar arasında fərdi çıxışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək, Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırıb.
Paralel olaraq, İsveçrənin Jenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda, qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak edib. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşıblar.