Durunda və Bayramova Avropa Oyunlarında iştirak edəcək
20 may 2015 00:25
Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilevnanın azərisport.az saytına verdiyi məlumata görə, ilk Avropa Oyunlarında qrup hərəkətləri üzrə yığma komanda tam tərkibdə iştirak edəcək.
Fərdi çıxışlarda isə ölkəmizi Marina Durunda və Ayşən Bayramova təmsil edəcək.