Durunda Macarıstanda 5-ci oldu
10 avqust 2015 19:00
Bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsi ötən həftə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub. Azerisport.az xəbər verir ki, yarış nəticələrinə əsasən, gimnastımız Marina Durunda çoxnövçülükdə 7-ci yerdə qərarlaşıb.
Gimnastımız ən yaxşı nəticəni topla göstərərək, 5-ci yeri qazanıb (18.100 xal).
Digər gimnastımız Ayşən Bayramova isə 18-ci pillədə qərarlaşıb.