Akrobatlarımız bir qızıl, bir gümüş medal qazandılar
18 avqust 2015 14:30
Ötən həftə Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Volkov Cup” adlı ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, Rusiyanın şimal-qərbində yerləşən bu şəhərə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova kimi keçmiş sovet dövlətləri ilə yanaşı, həmçinin Almaniya və İsraildən də akrobatlar toplaşmışdılar.
Yeniyetmə, 12-18 yaş qrupunda yer alan Nurcan Cabbarlı və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz 3 çıxışın nəticələrinə əsasən 84.100 xal toplayaraq, qızıl medal qazanıb.
84.800 xal toplayan kişi cütlüyümüz - Seymur Cəfərov və Murad Əkbərov - isə gümüş medala sahib çıxıb.