Pavel Netreba: Əldə etdiyimiz nəticələrlə kifayətlənmək fikrimiz yoxdur
İdman gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanan Oleq Stepkonun məşqçisi və Azərbaycan millisinin baş məşqçisi Pavel Netreba azerisport.az saytına açıqlamasında yarışın yekunlarını yüksək qiymətləndirib:
"Stepko layiqincə çıxış etdi. Dünya Çempionatı olduqca çətin yarışdır. Burada bütün ölkələrin ən güclü gimnastları iştirak edirlər. Qeyd etmək istəyirəm ki, Oleq ikinci yerdən cəmi 0,1 bal geridə qaldı, bu isə çox kiçik göstəricidir. Buna görə də o, ikinci və birinci yer uğrunda da mübarizə apara bilərdi. Lakin fikrimcə, bu, gələcəkdə olacaq. Nəticədən razı qaldım. Əldə etdiyimiz nəticələrlə kifayətlənmək fikrimiz yoxdur. Ona görə üzərimizdə daha çox işləmək lazımdır. 2016-cı il həm çətin, həm də məsuliyyətli olacaq. Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışacayıq”.