Dünya kubokunun qalibləri Bakıda xüsusi mükafata layiq görüləcək
16 fevral 2016 17:40

Məlum olduğu kimi, fevralın 19-21-də Bakıda idman gimnastikası üzrə FIG dünya “Challenge” kubokunun ilk mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turnirdə qalib olacaq qadın və kişi idmançıların hər biri xüsusi kubokla mükafatlandırılacaqlar.