Durunda dünya kubokunda 5-ci oldu

3-5 iyun tarixlərində İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə Dünya Kuboku və gənclər arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, kubok yarışlarında Marina Durunda lentlə final mərhələsində çıxış edərək, 5-ci yerdə qərarlaşıb.
Kubokda Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda çıxış proqramının hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanaraq 5-ci yerləri tutublar. Çoxnövçülükdə isə qızlar 6-cı nəticəni göstərib.
Dünya Kuboku ilə parallel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak ediblər.
Veronika Qudis iplə finalda çıxış edərək, 3-cü yeri İspaniyalı gimnastla bölüşüb.