1 yanvar 2012 12:51
İlin son ən yaxşısı bəlli oldu
Dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Əfran İsmayılov ötən ayın ən güclü futbolçusu seçilib.
“Qarabağ”ın yarımmüdafiəçisi respondentlərin 56 faizlik səs çoxluğunu qazanıb. Qeyd edək ki, millimizin oyunçusu bu mövsümdə ilk dəfədi ki, ən yaxşı adını qazanır.
İsmayılovun ən yaxın izləyicisi “İnter”in hücumçusu Baçana Tsxadadze olub. Paytaxt klubunun gənc forvardı səslərin 17 faizini toplaya bilib.
Üçüncü yeri isə “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 14 faiz (86) səs toplayıb.