Yığmamız Braziliyaya gedir
14 iyun 2011 14:45

İyunun 18-də Braziliyanın Rio De Janeyro şəhərində Böyük Dəbilqə yarışına start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz mübarizə aparacaq.
Həmin idmançılar isə bunlardı: Nicat Şıxəlizadə, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq).
Qeyd edək ki, “Böyük Dəbilqə”nin qalibi 300, 2-ci yerin sahibi 180, 3-cü yerin sahibi 120, 5-ci yeri tutan cüdoçu isə aktivinə 60 lisenziya xalı yazdıracaq.