Azərbaycan yığması DÇ-də 4 qızıl, 2 bürünc qazandı
22 iyun 2011 14:02

Almaniyanın Frankfurt şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda iştirak edən komandamız 4 qızıl, 2 bürünc medal qazanıb.
Veteran cüdoçularımızadan Budaqov Vüqar (66 kq), Rəcəbli Fərhad (90 kq), Səlimov Rəsul (90 kq) və Əsgərov Azər (100 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıblar.
Fətəliyev Samir (73 kq) və Müslümzadə Məhəmməd (+100 kq) 3-cü olublar.