Azərbaycan yığmasının AÇ üçün heyəti açıqlandı
22 iyun 2011 16:43

İyun ayının 24-26–da Maltanın Kottonera şəhərində yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə ölkəmizi 15 cüdoçu təmsil edəcək.
Həmin idmançılarımızın siyahısı ilə sizi də tanış edirik: Sadıx Məhərrəmov, Mirsədi Gəncəli (hər ikisi 50 kq), Elbrus Zamanov, İsgəndər Talışınski (hər ikisi 55 kq), Fəqan Quluzadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Hüseyn Rəhimli, Mixayıl Ananyev (hər ikisi 66 kq), Firuddin Dadaşov (73 kq), Kamran Hüseynov (81 kq), Şükürov Cəlil (90 kq), Çinarə Quliyeva (40 kq), Səkinə Zayirova (44 kq), Nəzakət Məhərrəmova (48 kq) və Əfsanə Hüseynova təmsil edəcək.