Yığmamız San Pauloda Elnur Məmmədlisiz çıxış edəcək
24 iyun 2011 12:35

Brazilyanın Rio de Janeyro şəhərində keçirilən "Böyük Dəbilqə" turnirindən sonra yığma komandamız Brazilyanın San Paulo şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, burada 25-26 iyun tarixlərində keçiriləcək Dünya Kubokunun iştirakçısı olacaq.
Qeyd edək ki, bu turnirin qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yeri tutan cüdoçu isə aktivinə 20 lisenziya xalı yazdıracaq. Lakin komandamızın lideri Elnur Məmmədli bu turnirdə iştirak etməyəcək. Belə ki, məşqçilər korpusu ona bu turnirdə istirahət vermək qərarına gəlib.