Yığmamızın 3 üzvü Almaniyaya yollandı
22 iyul 2011 13:58

Böyüklərdən ibarət Azərbaycanın cüdo yığma komandası bu gün Almaniyaya yola düşüb. Azerisport.az xəbər verir ki, 23-24 iyul tarixlərində Hamburq şəhərində keçiriləcək Avropa Kubokunda cüdoçularımızadan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Ramin Qurbanov (90 kq) mübarizəyə qatılacaq.
Yığma komandamızın digər əsas üzvləri isə yarışdan sonra təlim-məşq toplanışında iştirak edəcəklər.