Millimiz Avropa Kubokundan 2 medalla qayıdır
26 iyul 2011 15:28

Almaniyanın Hamburq şəhərində böyüklər arasında keçirilən cüdo Avropa Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi bu turniri iki medalla başa vurub.
Belə ki, iki gün davam edən yarışda yığma komandamızın iki cüdoçusu – Nicat Şıxəlizadə (66 kq) və Ramin Qurbanov (1 kq) Avropa Kubokunun bürünc medalını qazanıb.
Digər cüdoçumuz Orxan Səfərov (60 kq) isə mükafatçılar sırasına düşə bilməyib.