Azərbaycanın DÇ-yə gedəcək heyəti açıqlandı
6 avqust 2011 00:40

Azərbaycanın cüdo üzrə yığma komandasının avqustun 23-də Parisdə start götürəcək dünya çempionatına gedəcək heyəti müəyyənləşib. Azerisport.az Cüdo Federasiyasına istinadla xəbər verir ki, komandamızın heyətinə adları aşağıda göstərilmiş cüdoçular daxil edilib:
İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər iksi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), habelə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq).