Yığmamızın dünya birincilinə gedəcək heyəti müəyyənləşdi
8 avqust 2011 13:01

Avqust ayının 11-14-ü aralığında Ukraynanın paytaxtı Kiyev şəhərində yeniyetmələr (oğlan və qızlar ) arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, 4 gün davam edəcək yarışıda yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi ümumilikdə 14 cüdoçu təmsil edəcək.
Onların siyahısı aşağıdakı kimidi: Sadıx Məhərrəmov, Mirsədi Gəncəli (hər ikisi -50kq), İsgəndər Talışınski, Elbrus Zamanov (hər ikisi -55 kq), Rəşad Ruffullayev, Fəqan Quluzadə (hər ikisi -60 kq), Hüseyn Rəhimli, Mixayıl Ananıyev (hər ikisi -66 kq), Firuddin Dadaşov (-73 kq), Kamran Hüseynov (-81 kq), Ülvi İsayev, Cəlil Şükürov ( hər ikisi -90 kq), Zaur Hüseynli (+90 kq) və Səkinə Zahirova (-44 kq).