Azərbaycan dünya çempionatında 3 medala sevindi
15 avqust 2011 15:56

Kiyevdə yeniyetmələr arasında keçirilən dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizi yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Raşad Həsənovun rəhbərliyi altında ümümlikdə 14 cüdoçu təmsil edib.
Cüdoçularımızdan Sadıx Məhərrəmov (-50 kq), Rəşad Rufullayev (-60 kq) və Hüseyn Rəhimli (-66 kq) dünya çempionatının bürünc medallarını qazanıblar.
Digər cüdoçularımız İgəndər Talışınski (-55 kq), Cəlil Şükürov (-90 kq) 5-ci, Mirsədi Gəncəli və Elbrus Zamanov yarışı 7-ci pillədə başa vurublar.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 55 ölkə arasında 12-ci, oğlanların komanda hesabında isə 7-ci olub.