Azərbaycan yığmasının Fransaya gedəcək heyəti açıqlandı
20 avqust 2011 13:05

Avqustun 23-də Fransanın paytaxtı Paris şəhərində dünya çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayacaq.
Onların siyahısı ilə sizi də tanış edirik: İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq).
Qeyd edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparacaq. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanacaq.