Millimiz ilk gündə 280 xal qazandı
24 avqust 2011 00:54

Fransanın paytaxtı Paris şəhərində dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayır.
Yarışın ilk günündə onlardan üçü medal qazanmaq yolunda şanslarını sınayıb. 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevlə Nicat Şıxəlizadə, eləcə də Tərlan Kərimov (66 kq) digər idmançılırımıza cığır açmağa çalışıb.
Onlardan İlqar Muşkiyev bürünc medal qazanıb. Bununla o, 200 reytinq xalı qazanıb. Nicat Şıxəlizadə çıxışını daha erkən dayandırdığı halda Tərlan Kərimov yeddinci yeri tutub və 80 reytinq xalına sevinib.
Qeyd edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanır.