Yığmamızın Avropa çempionatına gedəcək heyəti açıqlandı
13 sentyabr 2011 14:45

Sentyabr ayının 16-da Belçikanın Lommel şəhərində gənclər arasında Avropa çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz qüvvəsini sınayacaq.
Bunlar Sadıqov Mehman, Vəlizadə Oruc (hər ikisi - 55 kq), Şirinli Vüqar, Rzayev Əli (hər ikisi - 60 kq), Cəfərli Mahir, Hacıağalı orxan (hər ikisi - 66 kq), Eminoğlu Fəqan (-73 kq), Rəsullu Abdulhaq (-81 kq) və Hüseynova Xanımdı (-57 kq).