Azərbaycan dünya kuboku uğrunda mübarizə aparacaq
13 sentyabr 2011 19:15

Cüdo üzrə Azərbaycan yığma komandası sentyabrın 16-da Daşkənddə start götürəcək Dünya Kuboku uğrunda keçiriləcək yarışlarda iştirak edəcək. Azerisport.az xəbər verir ki, milli komandanın heyətində Parisdə keçirilmiş dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi - 60 kq), Nicat Şixəlizadə, Avropa birinciliyinin finalçısı Tərlan Kərimov (hər ikisi - 66 kq), Ümumdünya Unoversiadasının bürünc mükafatçısı Rüstəm Alimli (81 kq), Tallində keçirilmiş Dünya kubokunun mükafatçısı Ramin Qurbanov, Elmar Qasımov (100 kq) və Emil Tairov (100 kq-dan yuxarı) yer alıblar.
Qeyd edək ki, turnir lisenziya xarakteri daşıyır və Özbəkistanın paytaxtında qələbə 100 reytinq xalı ilə qiymətləndiriləcək.