Azərbaycan dünya kubokunun qalibi oldu
10 oktyabr 2011 11:42

Oktyabrın 9-da Bakıda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, ötən gün sonuncu olaraq tatamiyə 100 kiloqramdan yuxarı çəki dərəcəsində olan idmançılar çıxıblar.
isir təmsilçisi İslam əl Şahabi yarımfinalda rusiyalı idmançı Aslan Kambiyevi məğlub edərək həlledici mərhələyə yüksəlmişdir. Finalda tunisli Faikal Caballahla görüşən Misir cüdoçusu rəqibinə çətinliklə də olsa qalib gələrək Dünya kubokuna sahib olub.
Qeyd edək ki, gərgin və maraqlı keçən bu yarışda Azərbaycan idmançıları Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq), moldovalı Viktor Skvortovun (73 kq), Rusiya təmsilçisi Arsen Pşmakov (81 kq), Serbiya idmançısı Dimitri Gerasimenko (90 kq), Gürcüstan cüdoşusu Levan Zorzoliani (100 kq) və 100 kiloqramdan yuxarı çəki dərəcəsində Misir təmsilçisi İslam əl Şahabi Dünya Kubokunun qızıl medallarına sahib olublar.