Azərbaycan yığmasının heyəti açıqlandı
15 oktyabr 2011 00:57

Oktyabrın 16-dan 18-dək Birləşmiş Ərəb Əmirliklərində cüdo üzrə Qran-pri yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığması da öz qüvvəsini sınayacaq.
Artıq yığma komandamızın heyəti də açıqlanıb. Belə ki, heyətdə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yer alıblar.
Sonda onu da qeyd edək ki, Elnur Məmmədlini məşqçilər sözügedən turnirdə 90 kq çəki dərəcəsində sınaqdan keçirmək istəyirlər.