Ramilə Yusubova Qran-Pridə ikinci oldu
18 oktyabr 2011 14:25

Birləşmiş Ərəb Əmirliklərində lisenziya xarakterli cüdo üzrə Qran-Pri yarışları davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü tatami üzərinə çıxan Azərbaycan cüdoçusu Ramilə Yusubova (63 kq) braziliyalı Kamil Minakavı, koreyalı Da Vun Yunqu, monqolustanlı Munxzaya Çedevsureni və xorvatiyalı Mariano Miskoviçi məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə cüdoçumuz Fransa idmançısı Klariss Aqbenyu ilə qarşılaşıb. Məhz son görüşündə rəqibinə məğlub olan R.Yusubova turnirin gümüş medalını qazanıb.