Kifayət Qasımovadan uğursuz çıxış (YENİLƏNİB)
19 noyabr 2011 16:48

Bu gün Hollandiyanın Amsterdam şəhərində cüdo üzrə Qran-Pri yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, yarışda qüvvəsini sınayan Azərbaycan millisi ilk gündə sadəcə bir cüdoçu ilə təmsil olunub.
Bu, Kifayət Qasımovaydı. O, ilk mərhələdə istirahət edib. İdmançımızın ilk rəqibi isə İoletta Bukuvala (Yunanıstan) – Tonq Juan Lu (Çin) cütünün qalibi olacaqdı ki, bu da Çin idmançısı olub. Kifayət görüşə fəal başlasa da, sonda məğlubiyyətlə üzləşib. Beləcə, o, startdaca uduzaraq, mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, turnir nokaut sistemi ilə keçirilir. Amsterdamda hər qalib 200 reytinq xalı qazanacaq. Yarışın mükafat fondu isə 200 min dollardı.