Azərbaycan millizi üçün World Masters turniri
6 yanvar 2012 17:56
Yanvarın 14-15-də Qazaxıstanın Almatı şəhərində cüdo üzrə “World Masters” seriyasında üçüncü beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.
Yığma komandamıza baş məşqçi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanov rəhbərlik edəcəklər. Qeyd edək ki, “World Masters” turnirinin qalibi 400, 2-ci yerin sahibi 240, 3-cü yerin sahibi 120, 5-ci yerin tutan cüdoçu isə aktivinə 80 lisenziya xalı yazdıracaq.