Avropa Kubokundan 3 medalla
2 aprel 2012 18:22
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yeniyetmə cüdoçularımız yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
İki gün davam edən yarışda İlkin Məmmədov (60 kq) qızıl, İlkin Babazadə (55 kq) gümüş, Leyla Əliyeva (40 kq) isə bürünc medala sahib olublar.
Cüdoçularımız məşqçilər Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparıblar. Bu nəticə ilə Azərbaycan 28 ölkə arasında 5-ci olub.