Azərbaycan yığmasının heyəti açıqlandı
6 aprel 2012 02:23

Cüdo üzrə Azərbaycan yığmasının aprelin 26-30-da Çelyabinskdə keçiriləcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, Rusiyaya on atletimiz gedəcək.
Belə ki, qitə çempionatına Orxan Səfərov (60 kq), ötən qitə birinciliyinin finalçısı Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Elxan Rəcəbli (81kq), Elxan Məmmədov, Timur Əlixanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) gedəcək.
Olimpiya çempionu Elnur Məmmədli (81 kq) və dünya çempionatının bürünc mükafatçısı İlqar Müşkiyev (60 kq) Çelyabinskə getməyəcəklər. Onlar fərdi proqram üzrə məşq edirlər.