Cüdoda daha bir lisenziya qazandıq
9 may 2012 12:34
Cüdo üzrə Azərbaycan yığması daha bir lisenziya qazanmağa nail olub. Azerisport.az xəbər verir ki, bu dəfəki lisenziya Rüstəm Orucovdan (73 kq) gəlib.
Qeyd edək ki, daha öncə İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) olimpiadaya lisenziya əldə etmişdi.