Azərbaycan yığmasının heyəti açıqlandı
11 may 2012 18:09
Mayın 26-27-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Ağayar Axundzadə bu mötəbər turnirdə 5 idmançıya şans verib.
Bunlar İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli, Ramil Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımovdur (hər ikisi 100 kq).
Qeyd edək ki, E.Məmmədli və E.Məmmədov London Yay Olimpiya Oyunlarınadək öz çəkilərində - müvafiq olaraq, 81 kq və 90 kq-da deyil, yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.