Azərbaycan yığması Avropa Kubokunda iştirak edir
21 iyul 2012 21:26
İyulun 21-də Polşanın Vrotslav şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışları başlayıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi də qüvvəsini sınayır.
Azərbaycanı yarışlarda Rasim Əliməmmədov, Mehman Sadiqov (hər ikisi 55 kq), Rəşad Rafullayev, İsgəndər Talışınski, Telman Vəliyev (hamısı 60 kq), Mahir Cəfərli, Cəlil Cəlilov ( hər ikisi 66 kq), Əbülfəz Nəsirov, Afiq Səfərli (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Abdulhaq Rəsullu (hər ikisi 81 kq), Əlixan Həsənov (100 kq), Çinarə Quliyeva (44 kq), Ayşə Qurbanlı (48 kq) təmsil edirlər.