Azərbaycan Avropa kuboku yarışlarında iki medal qazandı
23 iyul 2012 16:44
Cüdo üzrə Azərbaycan yığması Vrotslavda keçirilən gənclər arasında Avropa kuboku yarışlarında bir qızıl və bir bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, 55 kiloqramadək çəki dərəcəsində Mehman Sadıqov startda “ippon”la polyak Patrik Qodekə, sonra isə eyni fəndlə Qazaxıstan idmançısı Əlijan Seyduəliyə, yarımfinalda fransız Aureliun Klauya qalib gəlib.
Mehman finalda Belçika idmançısı Adrien Kvertinmontu məğlub edərək birinci yeri tutub.
Rəşad Rufullayev yarımfinalda Qazaxıstan idmançısı Asmas Ubanova məğlub olsa da, bu ölkənin digər idmançısı Yerlan Jaksibekova qalib gəlib və bürünc medala layiq görülüb.