Yığmamız Avropa birinciliyində iştirak edəcək
14 sentyabr 2012 18:35

Azərbaycanın 11 cüdoçusu sentyabrın 21-23-də Poresdə (Xorvatiya) keçiriləcək gənclər arasında Avropa birinciliyində (U-20) iştirak edəcək. Azerisport.az xəbər verir ki, yığmaya Rasim Alməmmədov, Mehman Sadıqov (hər iki 55 kq), İsgəndər Talışınski, Rəşad Rafullayev (hər ikisi 60 kq), Musa Mehdiyev, Cəlil Cəlilov (hər ikisi 66 kq), Afiq Cəfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Abdulhaqq Rəsulov, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Əlixan Həsənov (100 kq) daxildirlər.
Bir neçə çəki dərəcəsində idmançılarımız mövsüməqədərki turnirlərdə uğurla çıxış edərək, bir sıra Avropa kuboklarında mükafatlar qazanınlar. Bu səbəbdən komanda ilk dəfə bu kateqoriyalarda medallar əldə olunacağına ümid bəsləyir.