Azərbaycan yığmasını avstriyalı mütəxəssis çalışdıra bilər
28 sentyabr 2012 13:44

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin oluna bilər. Azerisport.az xəbər verir ki, hazırda bu posta bir əsas namizəd var.
Bu, ikiqat olimpiya çempionu Peter Zayzenbaherdi. Avtriyalı məşhur cüdoçunun komandamıza rəhbərlik etmək şansları yüksək qiymətləndirilir.
Qeyd edək ki, o, son dövrlərdə Gürcüstan yığmasının sükanı arxasında çalışırdı. Amma London Yay Olimpiya oyunlarından sonra Zayzenbaherin Gürcüstan Cüdo Federasiyası ilə müqaviləsinin müddəti başa çatıb. Məhz bu üzdən bəzi mənbələr onun karyerasını Azərbaycan yığmasında davam etdirəcəyini qeyd edirlər.
Lakin sonda onu da qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası Zayzenbaherlə yanaşı digər variantları da nəzərdən keçirir.