Federasiyasının yeni rəhbərliyi müəyyənləşdi
31 oktyabr 2012 14:19

Oktyabrın 30-da Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda 4 illik hesabat dinlənilib və səsvermə yolu ilə təsdiq edilib.
Daha sonra səsvermə əsasında federasiyanın rəhbər orqanlarına növbəti müddət üçün seçkilər keçirilib və Fizuli Ələkbərov yekdilliklə Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilib.
Tədbirdə federasiyanın vitse-prezidenti vəzifəsinə Asif Əsgərov, Matvey Yelizarov və Elnur Kələntərov təyin olunublar.
Konfransda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən olunub və baş katib vəzifəsinə Elnur Camalxanov seçilib.
Yekunda Azərbaycan Cüdo Federasiyasının yeni strukturu müzakirə edilərək təsdiq olunub.